Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Tənhalıq ürəyi xəstə edir - Yapon alimləri

Kardioloqla tənhalığın, təkliyin ürəyə təsirini araşdırıb.
Yeni elmi araşdırmanı yapon alimləri aparıb.
Məlum olub ki, ürək problemi olan yaşlı insanlar özlərini tək, tənha hiss edirsə, onların ürək problemləri ilə daha çox üzləşəcəyi qaçılmazdır.
Yaponiyanın Sapporo universitetinin alimlərinin tədqiqatında 300 nəfər 60 yaşdan yuxarı insan iştirak edib.
Onların hamısı 3 il ərzində tənhalıq üzrə sorğuya alınıb.
Sübut edilib ki, tənhalıq yaşlı pasiyentlərdə ürəklə bağlı klinik nəticələri mənfiyə dəyişir. Xəstənin tək olması və ya ailəsi olsa da özünü tək hiss etməsi ürək çatışmazlığı riskini və pis proqnozu artırır.
Müxtəlif ölkələrdə və mədəniyyətlərə tənhalıq faktoru müxtəlif cür qəbul oluna bilər.
Tənhalıq həm də depressiv vəziyyəti artırır, bu da ürəyə zərərdir.

Mənbə: Bakupost.az

Tarix: 23 dekabr 2022
Baxış: 613

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş