Osmanlı mətbəxinin ləzzətli qarışımları bu gün də istifadə olunur.
Gender.Az xəbər verir ki, onlardan biri də, Sirkəngəbin şərbətidir. Bu qarışım Osmanlı İmperiyasında şəfa mənbəyi olaraq görülürdü. Lakin şərbətin tarixi çox keçmişə gedib çıxır. Şərbətin İslam alimi İbn Sinanın verdiyi şəfalı reseptlər əsasında hazırlandığı bildirilir. Mövlana Cəlaləddin Bəlxinin sevimli içkisi kimi tanınan sirkə şərbətinin faydalarını təqim edirik:
Şərbət həzm pozğunluğuna yaxşı təsir edir və həzm sisteminin sağlam işləməsini dəstəkləyir.
Qanda şəkəri tənzimləməyə kömək edir. Beləliklə toxluq hissinin daha uzun sürməsini təmin edir.
Antioksidan xüsusiyyəti də göstərən sirkə, bu xüsusiyyəti sayəsində nizamlı olaraq qəbul edildikdə orqanizmi təmizləməyə kömək edir və detoks effekti yaradır.
Səhərlər acqarına içildikdə arıqlamağa kömək etdiyi də məlumdur. Çünki onun tərkibi indi çox məşhur olan sirkə-bal suyu ilə eynidir.
Qaz problemi olanlara da dəstək olan bu ləzzətli şərbət, tez-tez şişkinlik problemi yaşayanlara müsbət təsir edir.
Antioksidan xüsusiyyəti sayəsində müntəzəm olaraq qəbul edildikdə immunitet sistemini gücləndirir, qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı mübarizə aparır.
Yüksək qan təzyiqi problemi olanlarda təzyiqi nizamlamağa kömək edir.
Müntəzəm istifadə edildikdə ağız qoxusunu azaldır.\\Metbuat