Yüksək təzyiq və şəkərin müalicəsi var, həkimlər dərmanla baş aldadır - Terapevt Şişonin
Xroniki xəstəliklərin yaranmasının səbəbi boyundakı problemlərdən qaynaqlanır. Bu çox həkimlər üçün real səslənməsə də bu belədir.
Rusiyalı həkim, manual terapevt Şişonin boyundan qaynaqlanan problemləri açıqlayıb.
“Boyundan baş onurğa arteriyaları keçir. Beyin kötüyü ordadır. Boynun hərəkətsizliyi, protruziyası çox təhlükəlidir.
Müasir tibb təəssüf ki, buna önəm vermir. Boyun damarlarını USM edən həkim belə rəy yazır ki, boyun damarları norma daxilindədir, yaşa uyğundur. Yəqin ki, çox müayinə kağızlarında görmüsüz, xəstənin yaşına uyğun dəyişikliklər.
Amma boyun damarları insanın yaşı neçə olursa olsun, dəyişməməlidir. Bunlar səhvdir.
Boyunun vəziyyəti nəinki yükək təzyiqə, eləcə də diabet, ateroskleroz, infarkt, insult, xərçəngə belə cavabdehdir.
Beyin ona görə təzyiqi qaldırmaq əmri verir ki, toxumalarda oksigen aclığı var və beyin kötüyü az qanla qidalanır. Qanı kifayət qədər yuxarı, beyinə qaldırmaq üçün təzyiq lazımdır.
Beyin kökü həyatın mərkəzidir, ordan bütün orqanlar idarə olunur. Əgər ora az qan, az oksigen daxil olarsa, bu zaman təzyiq yüksəlməlidir.
Oksigen isə ona görə azdır ki, onurğadan keçən və boyundan başa qan ötürən arteriyalar hardasa spazmdadır, əyilib, sıxılıb, daralıb.
Onurğa kanalından keçdiyi üçün fəqərələrdə dəyişikliklər damarlara təsir edir.
Boyunda əzələ spazmlıdırsa, ostexondroz varsa, bu arteriyalar sıxılır, onların içi daralır və beyinə oksigen az daxil olur. Bu oksigen yetməzliyini qaldırmaq üçün beyin ürəyə, ağciyər və böyrəklərə yüksək rejimdə iş və təzyiqi qaldırmaq əmri verir. Ona görə də təzyiqi salmaq üçün ovucla dərman içmək yox, onurğanın yuxarı hissəsi və boyunu təmir etmək lazımdır”. \\Bakupost.az