Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Hər Gün Qaynadıb Yeyin! - Sağaltmadığı Xəstəlik Yoxdur
Hazırda bazarlarda piştaxtaları bəzəyən bu meyvənin bir çox xəstəliyi sağaltdığını bilirsiz? O, saçları möhkəmlədir, mədə-bağırsaq xəstəliklərini sağaldır, bronx yollarını təmizləyir, öskürəyiniz varsa kəsir. Bəli, düz bildiniz. Faydalarını saymaqla bitməyən heyvadan danışacağıq bu gün. 

Heyva vitamin və minerallarla zəngindir. O, arıqlamağa kömək edir, aybaşı ağrılarını azaldır. Qabıqlı halda yeyildiyində tərkibindəki liflər 100% olaraq orqanizmə daxil olur. Kompot, mürəbbə, şirə, çay halında qəbul edildikdə isə bu göstərici 70%-ə enir. Yəni, təkcə özü deyil, bu meyvənin kompotu və mürəbbəsi də çox faydalıdır. 
Heyvanın əsas faydaları bunlardır: 
Bədən temperaturunu yüksəldir. Bu zaman qan axını sürətlənir və orqanizmi üşüməyə qoymur. 
C vitamini qaynağıdır. Digər qış meyvələrinə nisbətən heyvada daha çox C vitamini var. Qış mövsümündə bol-bol yeyilməsi mövsümi xəstəliklərə yaxalanma riskini aşağı salır. 
Toxluq hissi yaradır. Heyva toxluq hissi yaradır. Çox yemək istəməyənlər yemək aralarında heyva yesələr,  bəs edir. Artıq çəki almaq ehtimalı sfıra bərabər olur. 
Aritmiyanın və ürək döyüntüsünün qarşısını alır. Son illərdə aparılan araşdırmalar heyvanın “ürək dostu” olduğunu sübut edib. 
Ağızdakı yaraları sağaldır. Heyvanın ağız boşluğundakı  yaraların sağalmasında və ağızdakı qoxuların yox olmasında  faydası böyükdür. 
Mədəyə müsbət təsir edir.  Mədə yanması, qastrit və mədə xorası zamanı yeyilən heyva müalicəvi təsirə malik olur. 
İmmuniteti möhkəmlədir. Bütün qış meyvələri kimi, heyva da  immun sistemini gücləndirir. 
Sağalmanı sürətləndirir. Qrip, soyuqdəymə, öskürək kimi mövsümi xəstəliklər zamanı  müntəzəm yeyilən heyva bu xəstəliklərin davamlılıq müddətini qısaldır. 
Zehni açır. Diqqət dağınıqlığı olan insanlar heyva yeyərək bu problemdən yaxa qurtara bilərlər. 
 Aybaşı ağrısını azaldır. Ən təbii ağrıkəsicilərdən hesab olunan heyva həm dadı, həm qoxusu ilə də sakitləşdiricidir. 
Arıqlamağa kömək edir. Qlikemik indeksi aşağı olan heyva qan şəkərini sürətlə qaldırmır. Dolayısı ilə, diabetiniz varsa, yaxud pəhriz saxlayırsınızsa, rahatca heyva yeyə bilərsiniz.  Gün ərzində hansısa öynəni heyva ilə əvəzləmək də olar. Tərkibindəki liflər orqanizmin aclıq hiss etməsinə imkan vermir. Əgər çiy halda yeyə bilmirsinizsə, azca suda pörtlədərək, yaxud buxarda bişirərək qəbul edə bilərsiniz. Sadəcə olaraq, heyvanın ölçülərini nəzərə alın. Porsiyalarda şablon kimi orta ölçülü meyvələr götürülür. 
Saçların uzanmasına kömək edir. Dəmir, mis, sink kimi minerallar baxımından  zəngin olan heyva qan dövranını sürətləndirir. Bu da qanın saç diblərinə bol miqdarda oksigen çatdırmasına səbəb olur. Bununla da saçlar uzanır və möhkəmlənir. 
Ümumiyyətlə, heyvanın müsbət təsirləri çoxdur. 
-antioksidant xüsusiyyəti sayəsində orqanizmə faydalıdır; 
Heyva vitamin və minerallarla zəngindir. O, arıqlamağa kömək edir, aybaşı ağrılarını azaldır. Qabıqlı halda yeyildiyində tərkibindəki liflər 100% olaraq orqanizmə daxil olur. Kompot, mürəbbə, şirə, çay halında qəbul edildikdə isə bu göstərici 70%-ə enir. Yəni, təkcə özü deyil, bu meyvənin kompotu və mürəbbəsi də çox faydalıdır. 

-pörtləmiş və ya bişmiş heyva ürək bulanmasının və qusmağın qarşısını alır; 
-A, C, E, B1 və B2 vitamini ilə zəngin olan heyvada bol miqdarda pektin də var; 
-allergik reaksiyaların qarşısını alır; 
-göz xəstəliklərinin müalicəsində orqanizmə dəstək olur; 
-heyva toxumları eqzema, yanıq, dəri çatlaqları və dəri iltihabı kimi, dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Dərinin sağlamlığı ilə bərabər görünüşünə də müsbət təsir edir. Üzdəki ləkələri yox edir, qırışıqlıqları azaldır. Tərkibindəki antioksidantlar sayəsində insana sağlam və təravətli görünüş bəxş edir; 
-dərini radiasiyaya qarşı qoruyur; 
-kardiovaskulyar sistemə faydalıdır: ürək xəstəliklərinə  tutulma və infarkt riskini aşağı salır; 
-iflic ehtimalını azaldır; 
-qaraciyəri qüvvətləndirmək də heyvanın faydaları sırasındadır. Heyvanı sürtgəcdən keçirin, azacıq qaynadın və qaşıqla asta-asta yeyin; 
-astma, bronxit kimi nəfəs yolları xəstəliklərindən yaxa qurtarmağa kömək edir. Qış boyu soyuqdəymə, qrip, öskürək şikayət etdiyimiz xəstəliklər sırasına sürətlə daxil olur. Quru öskürəyin sona çatması üçün uzun qış axşamlarında heyva yemək tövsiyə edilir; 
-babasil zamanı faydalıdır; 
-heyva siropu ağrıları azaldır, qanaxmanı dayandırır; 
-kalorisi azdır:  arıqlamaq üçün pəhriz saxlayanlar heyvanı istənilən formada yeyə bilərlər;  
Zərərləri: 
Heyvanı həddən artıq yemək bəzi problemlər yarada bilər. Çəki artırmaq istəyənlər heyva yeyərkən müəyyən ölçüyə nəzarət etməlidirlər.  Çünki toxluq hissi yaradır və iştahı küsdürür. Orqanizmdən asılı olaraq, bol miqdarda heyva yemək ishala da səbəb ola bilir.
Tarix: 19 noyabr 2022
Baxış: 285

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş