Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Balqabaq göz sağlamlığı üçün ən yaxşı qida məhsullarından biridir

Yaşlandıqca, görmə qabiliyyətinin azalması və itirilməsi riski artdıqda göz sağlamlığını qoruyub saxlamaq daha vacibdir.
“Express” nəşrində oftalmoloq və göz cərrahı Alaster Lokvudla müsahibə dərc olunub: yazıda mütəxəssis balqabağın tərkibində həm ümumi sağlamlığa, həm də görmə qabiliyyətinə fayda verə biləcək vitamin və mineralların olduğundan bəhs edib.
Oftalmoloq izah edib ki, C vitamini sarı ləkənin yaşla bağlı degenerasiyasının inkişafını yavaşladır, kataraktanın inkişaf riskini azaldır. A vitamini buynuz təbəqəni möhkəmlədir, gecə vaxtı görmə qabiliyyətini yaxşılaşdırır, sink isə gözü qoruyan melaninin əmələ gəlməsi üçün A vitaminini qaraciyərdən tor qişaya çatdırmağa kömək edir.
Bundan başqa, balqabağın tərkibində antioksidantlar lutein və zeaksantin var. Həkimin sözlərinə görə, bu maddələr yüksək enerjiyə malik işiğı filtrdən keçirərək, gözləri müdafiə edirlər. Həmçinin onlar qəbul edildikdə katarakta ehtimalı azalır.
“Lutein və zeaksantin qida məhsullarına sarı və ya narıncı rəng verən karotinoid piqmentlərdir. Karotin və vitaminlərlə yanaşı balqabaqda dəmir və fol turşusu da var ki, onlar immun sistemi möhkəmlədir və yaraların sağalma prosesini sürətləndirir”, - deyə oftalmoloq əlavə edib.
O, eləcə də, qeyd edib ki, balqabaq qan təzyiqini aşağı salmağa kömək edən və çəkinin azalmasına imkan yaradan lif və kaliumla da zəngindir. \\AZƏRTAC

Tarix: 13 noyabr 2022
Baxış: 260

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş