Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Sarımsaq, bal və sirkə qarışığı – güclü təbii dərman. RESEPT

Tanınmış Food news nəşri sarımsaq, bal və alma sirkəsi qarışığının möcüzəvi xüsusiyyətləri haqqında yazıb.
Bu qarışıq həzm problemləri, iltihablar, virus və bakterial infeksiyalar zamanı çox yaxşı yardım edir, immun sistemini gücləndirir. Onu soyuqdəymə, qrip və digər respirator infeksiyaları zamanı təbii dərman kimi istifadə etmək olar.
Qarışıq belə hazırlanır:
Tərkib:
- 150 qr təbii duru bal
- 2 stəkan su
- 8 diş sarımsaq
Sarımsağı çox xırda doğrayın və bir qədər saxlayın ki, sarımsağın tərkibində olan faydalı maddə “allisin” ifraz olunsun.
Qazana su və sirkəni tökün, qızdırın, sarımsaq əlavə edin, vam odda 1 saat saxlayın, soyudun (ilıq olmalıdır), bal əlavə edin.
Alınmış siropu qapağı bağlı şüşə bankada soyuducuda saxlayın. Siropu immun sistemini möhkəmləndirmək, soyuqdəyməni və həzm problemlərini müalicə etmək üçün gündə 3 dəfə 1 x.q. olmaqla qəbul etmək lazımdır. \\Saglamolun.az

Tarix: 08 noyabr 2022
Baxış: 462

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş