Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Əsəb xəstəliyinin sirləri və yaxud, Allah məni niyə həkim etdi?

 
Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hər il müxtəlif səbəblərdən ölümlər qeydə alınır. Əsas səbəblərdən biri də əsəb xəstəliyinin insalarda yaratdığı fəsadlardır. 
Əsəb ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda, adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. 
Mövzu ilə bağlı psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaqubla həmsöhbət olduq. O qeyd edib ki, ana hələ gənc olanda, ona elmi dildə desək neqativ enerji ötürülür: "Öncə qeyd edim ki, əsəb xəstələri ilk seanslarda bizi yaxın buraxmaq istəmirlər, mümkün qədər müqavimət göstərməyə çalışırlar. Bunun səbəbi odur ki, onlarda neqativ enerji əvvəl çox güclü olur. Mən müsbət enerjini (Efir enerjisi) ötürəndə ondakı mənfi enerji ilə toqquşur. Xəstə iki əks enerjinin arasında qalıb sıxılır... Bu hal onu əsəbləşdirir. Ancaq bu hal hər seansda bir qədər azalır. Getdikcə onun bədənində neqativ enerji azaldıqca (kiçildikcə) müqavimət və sıxılma da azalır. Beləliklə, 3 seansdan sonra demək olar ki, xəstə ciddi müqavimət göstərmir. Ona görə də valideynlər bir qədər səbirli olub, mənə vaxt tanımalıdırlar. Xəstənin yox, həkimin sözünü əsas götürüb, məsləhətlərimizə qulaq asmalıdırlar. Belə etsələr, Maştağa əsəb dispanserində nə qədər xəstə varsa, hamısını bir aya sağaldaram. Amma, hanı elə ağıllı valideyn? Ağıllı və dərrakəli valideynin uşağı əslində heç ora düşməzdi, əzəldən çarəsin tapa bilərdi. Ağıllı valideyn bilərdi ki, ruhi xəstəliyin tibbə aidiyyəti yoxdur. İnanmırsınızsa əsəb dispanserindən çıxanlarla maraqlanın, görün çıxanlardan bir iş-güc sahibi olanlar, ailə dolandıranlar varmı? Yeri gəlmişkən, bir sirri də açım ki, bu sahədə daha da maariflənəsiz. Maştağa ruhi əsəb dispanserinə məni dəfələrlə xəstə üstünə aparıblar. Həm də neçə illərdir ki, ruhi xəstələrlə işləyirəm. Təcrübəmdən və mənə Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) bilirəm ki, ruhi xəstəliyin yaranma səbəbi ilk növbədə xəstənin anasıdır (sizə qəribə gəlsə də belədir!). Yəni, ana hələ gənc olanda, (bu ruhi xəstəni dünyaya gətirməzdən qabaq) ona elmi dildə desək neqativ enerji ötürülür (loru dildə desək tilsim, cadu olunur). Bu enerji onu gecələr diksindirir, qorxu, həyəcan, panika... yaradır. Baş, çiyin, onurğa və s ağrıları olur.... Süd vəzilərində və analıq orqanlarında müxtəlif problemlər (kistalar, mastapatiya, miomatik düyünlər və s) yaranır. Qorxulu yuxular (ilanlar, vəhşi heyvanlar... onu təqib edirlər.) görür. Yuxuda boğulmalar, qarabasmalar, yatarkən üstünə ağırlıq çökdüyünü hiss edir... Lakin bunların fərqinə varmır (üzr istəyirəm, ana özünü qanmazlığa qoyur). Nəhayət, bütün bu neqativ əlamətlərin çoxuyla birlikdə hamiləliyi səbəbsiz yerə ağlaya-ağlaya, əsəbi halda başa vurur və dünyaya neqativ enerjiyə yoluxmuş (tilsimli) uşaq gətirir! Uşaq əsəbi böyüyür, çox hallarda skalyozu və s problemləri olur. Autizmi, yaxud əqli geriliyi olmasa, yetkinlik yaşına çatan kimi bütün problemləri çox yüksək qabarır. Əsəblərini cilovlaya bilmir.... Ana hələ də başa düşmür ki, günahkar onun viruslu bətnidir (doğmaqda davam edir). Ən çox birinci uşaqda əsəb problemi olur. Və həmin birinci uşaq illərlə psixatr müalicəsi alsa da fayda olmur. Nəhayət, ruhi-əsəb dispanserinə qoyulur.... (Bundan sonra ondan bir daha adam olmur.)"
"Doğulan sonrakı uşaqlarda da problem az olur"
Bir insan nə qədər uzun müddət gərgin, əsəbi, təşvişli dönəm keçirirsə, onun ürək, qan-damar, beyin və təzyiq xəstəlikləri bir o qədər erkən başlayıb xronikləşir. Stress zamanı yuxu pozulur, bu da beynin yüklənməsinə, damarların sıxılmasına, lazımi hormon olan melotoninin sintezinin azalmasına səbəb olur. Paşa Yaqub deyir ki, insanda əsəb xəstəliyi böyüdükcə güclənir və idarəolunmaz vəziyyətə gəlir:
"Birinci uşağı doğandan sonra ana biraz rahatlanır (çünki, bədənindəki neqativ enerjinin çox hissəsini birinci uşaqla bərabər atır – daha doğrusu ilk övlada ötürür). Sonrakı hamiləliklərində səbəbsiz ağlamır, az əsəbləşir.... Doğulan sonrakı uşaqlarda da problem az olur. Lakin, birinci uşaq ya autizmli olur, ya da biraz böyüyəndən sonra başlayır anasını ağlatmağa... Yəni ana artıq səbəbsiz ağlamasa da, birinci doğduğu uşağa baxıb ağlayır. Yəni, onun o qədər böyük dərdləri olur ki, ana ona baxıb daim içində ağlayır. Amma, nə edəcəyini bilmir. Tibb elmindən, kimyəvi dərmanlardan başqa heç bir vasitə haqqında doğru düzgün məlumatı yoxdur; falçılara da gedəndə dəfələrlə aldadıblar.... Artıq heç nəyə inanmır. Bir qədər psixotrop dərmanlardan yedizdirir... Dərmanların təsirindən uşaq daha da süstləşir, sevgi hissi olmur, key kimi gəzir, ya da bir küncdə oturur, bir çox hallarda cinsin tanımır.  Dərmanını kəsəndə əsəbləşib, valideynlərini döyür.... Böyüdükcə güclənir və idarəolunmaz vəziyyətə gəlir.... Nəhayət, aparıb qoyurlar ruhi-əsəb dispanserinə....
 Ana niyə tibbdən başqa vasitə tanımır? 
Ona görə tanımır ki, Paşa Yaqub kəramət sahibləri (seyyidlər, övliyalar, ALLAH dostları) haqda kitablar yazıb, bu kitabları ("Kəramətin sirləri", "Xanım övliyalar" "Təbabətin sirləri"...) ayda bir dəfə böyük kitab mağazalarında imza günü keçirib, gün ərzində gələnlərə pulsuz paylayanda ana o kitabı ya məndən qəbul etmirdi (kitab əlimdə qalırdı), ya da üzə düşüb götürürdüsə də çıxanda kitabxananın qapısı ağzına atıb çıxıb gedirdi. Satıcılar pulsuz payladığım bu kitabları mağazanın digər başındakı piştaxtaların üstündən tapıb, gətirib verirdilər mənə. Deyirdilər neynirsiz bu kitabları hədiyyə edib, onsuz da aparmırlar, atıb gedirlər; ondansa heç paylamayın.
Amma mən günün sonunadək bu prosesi davam etdiridim. Elə olurdu ki, övliyaların həyatından bəhs edən bir kitabı bəlkə də 10-15 adama verirdim, hamısı da qapının ağzındakı kitab rəfinin üstünə atıb gedirdi (başıma çırpmağa həya edirdilər). Beləliklə, 10-15 il qabaq yazıçı olaraq sosial şəbəkədə və yaxud mətbuatda elan etdiyim imza günlərimdə pulsuz paylamaq üçün götürdüyüm 50 kitabdan təxminən 40-nı evə qaytarırdım. Ancaq usanmırdım. Hər ay gedirdim və kitab mağazalarının işçiləri mənim səbrimi, hərəkətlərimi heyrətlə müşahidə edirdilər..."
Bəs nə yazılmışdı bu kitablarda? İnsanlara nəyi anlatmaq istəyirdiz? 
"Yuxarıda qeyd etdiyim kimi, o kitablar Azərbaycanda yaşamış kəramət sahiblərinin (və yaxud, pirlərin, ziyarətgahların....) həyatından bəhs edirdi. Kitablarda iyarətgahların tarixindən bəhs etməklə yanaşı, həmçinin burada sağalmış xəstələrdən də çoxsaylı müsahibələr yer alırdı. Ən çox da tibb elmində sağalmaz hesab edilən xəstəliklərdən (ruhi xəstəliklər də daxil olmaqla) sağalan adamların müsahibələri yer alırdı. Əyər həmin vaxt kitabları aparıb oxusaydılar, bu cür ruhi (və s) xəstəliklərin niyə yarandığını, necə aradan qaldırmaq lazım olduğunu biləcəkdilər. Onda (15 il qabaq) həmin kitabı götürməyənlər, küncə atıb, hırıldaya-hırıldaya gedənlər gənc qızlar indi uşaq sahibidirlər. Həkim olaraq tam əminliklə deyirəm ki, onların 95 faizi birinci uşaqlarına baxıb çox vaxt ağlayırlar. Yəni, ANASINI AĞLADAN uşaqlar həmin təbəqənin uşaqlarıdırlar.... O vaxtı onlar o kitabları mağazanın küncünə atmayıb, aparıb gündə 1-cə saat oxusaydılar, 3-4 günə kitabı bitirərdilər. Oxuyanda niyə səbəbsiz ağladıqlarını, qarabasmalarını və s yuxarıda sadaladığım hallar nəyin əlamətləri olduğunu, necə aradan qaldırmaq lazım olduğunu biləcəkdilər. Onda uşaqları da əsəbi doğulmayacaqdı və indi ağlamaycaqdılar... 
Həyatımın yazıçılıq dönəmində əsasən Allah dostlarının həyatından kitablar yazırdımsa, həkimlik dönəmində müxtəlif xəstəliklərin sirlərindən və şəfa yollarından bəhs edən broşurlar yazıb, yenə də pulsuz paylayıram. Bir gün avtobusda gedəndə yanımdakı gənc qızın üzündə sağalmayan çoxlu yaralar olduğunu gördüm. Təcrübəmdən bilirəm ki, bu cür yaralar dərmanlara tabe olmur. Sumkamdan TƏBABƏTİN SİRLƏRİ broşurunu çıxarıb qıza verdim, dedim pulsuz paylayıram, götürün, üzünüzdəki yaranın səbəbləri və müalicəsi burada yazılıb. Nə qədər cəhd etdim, qız broşuru götürmədi, dedi mən kitab oxumuram. Bu hal bir dəfə olsaydı, heç burda yazmazdım, minlərlə dəfə olub (buna baxmayaraq, bu broşuranı iki dəfə böyük tirajla çap etdirib yanıma gələn xəstəlrə hədiyyə etmişəm).
İşlədiyim klinikanın foyesində divanlar, kreslolar qoyulub, qarşısında da yurnal stolu var. Bütün həkimlərin xəstələri orada oturub, saatlarla həkim qəbulu və yaxud analiz cavablarını gözləyirlər. Xəstəliklərə aid broşurlarımı həmin jurnal stolunun üstünə düzüb kənardan müşahidə edirəm ki, görüm oturan xəstələr o broşurları açıb vərəqləyəcəklərmi ki, görək burada nə yazılıb? Görürəm orada axşamadək yüzlərlə adam oturur, amma cəmi 2 ya 3 adam broşuranı əlinə alır. Qalanlar saatlarla telefonda ancaq tik-toka, votçapa baxıb gedirlər. Sonra da həkimləri söyürlər ki, bizi aldadırlar falan.... Elə düz edib aldadırlar! Niyə priblatikalını aldatmırlar, xaxolu aldatmırlar, almanı, ingilisi.... aldatmırlar, ancaq aərbaycanlını aldadırlar? Çünki, o millətlər avtobusda gedəndə tik-tokla oynamırlar, əllərində bir yığın kitab, qəzet olur, yol gedəndə onları oxuyurlar. Sən isə, tik-tokla, vatçapla.... başını aldadırsan, ona görə də həkimlər də sənin başını aldadırlar.... Sən başını belə aldatmasaydın, onlar da səni elə aldatmazdılar...
Haşiyə: bu yaxınlarda arayış almaq üçün rayonda bir idarəyə girdim. Baxdım ki, burada müdür köhnə tanışlardandır. Məni hörmətlə qarşıladı və otağına dəvət edib, çaya qonaq etdi. Dedi müəllim, səni çoxdandır rayonda görmürəm, de görüm harda olursan, indi işin gücün nədir? Dedim elə o vaxtdan Bakıya köçmüşəm, klinikada psixoterapevt işləyirəm. Dedi çox gözəl, haqqın yolun tapmısan, elə bizim hamımızın sənə ehtiyacımız var. Sonra da qayıtdı dedi ki, sən çalış bu hakimiyyət dəyişməsin, çünki, bunlar hakimiyyətdə qaldıqca sənin xəstən çox olacaq))) Dedim bu lap “Nuşirəvanla bayquşların söhbəti”nə döndü ki)) Dedi o söhbət necə olub? Dedim Nizami Gəncəvinin yazdığına görə Nuşirəvan vəziriylə ölkəni gəzməyə çıxır. Görür iki bayquş ağaca qonublar. Quş dili bilən vəzirinə deyir ki, o bayquşların söhbətini mənə tərcümə elə. Vəzir deyir bayquşun biri o birinə elçi gəlib, qızını almaq istəyir. Bayquş başlıq olaraq 10 dənə xaraba kənd istəyir. Bu biri də deyir ki, beşini nağd verirəm, toydan sonra qalanını da verərəm. Qız verən razılaşmır ki, indi yoxdursa sonra hardan alacaqsan? Elçi gələn deyir ki, narahat olma, nə qədər ki, Nuşirəvan hakimiyyətdədir, sənə 10 nədir, yüz xaraba verərəm)).
 Dedim ay müdir, indi sən deyən o söhbətə oxşadı..... Müdir əlini əlinə vurub şaqqanaq çəkdi, dedi elə “toçnu” həmin söhbətdir, bunlar qaldıqca sənin xəstən çox olacaq, Elə mən özüm də yaxın günlərdə gələcəm ))) 
İnsanları övliyalar deyil, banditlər daha çox maraqlandırır
Kitab mağazalarında aksiya keçirərkən müşahidə edirdim ki, mənim hədiyyə kitablarımı qəbul etməyən, atıb gedən adamlar mağazadan kifayət qədər baha qiymətə dedektiv kitablar alırdılar. İndi öz-özümə düşünürəm ki, bəlkə insanlarımız övliyalarla deyil, oğrularla, banditlərlə daha çox maraqlandıqlarına görə ALLAH onları oğruların, banditlərin, kriminal insanların idarəçiliyinə verdi. Hər halda mən millətimizin indiki durumunu ALLAHIN cəzası hesab edirəm və çıxış yolu kimi tövbə edib, ALLAHA xoş gedən işlərlə məşğul olmağı tövsiyyə edirəm.
(Ufologiya elmindən anlayışı olanlar bilirlər ki, kim paralel aləmdəki şər qüvvələrlə (məxluqlarla) çox ilgilənərsə, həmin məxluqlar ona ürcah olarlar. İnsanlarımız övliyalarla deyil, oğrularla çox maraqlandığına görə oğrular onlara ürcah olublar.)
Yadımdadır, o vaxt gənc bir oğlana kitab hədiyyə etdim. Vərəqlədi, gördü övliyalardan (kəramət sahiblərindən) bəhs edir. Qaytardı verdi özümə, gülə-gülə dedi müəllim, biz XXI əsrdə yaşayırıq eey (yəni, bu nədir mənə verirsən?). Dedim bala, bir yaşayışına, dövlətinə, idarəçiliyinə bax, gör XXI əsrdə yaşayana oxşayırsan? Görmürsənmi sizi yüz-yüz, min-min kimlərəsə təhkim ediblər?! Təhkimçilik hansı quruluşa, hansı ictimayi formasiyaya aiddir, bilirsənmi? Feodalizmə aid deyilmi? Səni feodalizm qanunları ilə idarə edənlərə və eşşək yerinə minənlərə niyə demirsən ki, indi XXI əsrdir?! Övliyaların kitabına gələndə “beyqəfil” yadına düşdü ki, XXI əsrdə yaşayırsan?! 
 Əslində kəramət sahibləri kamillik məqamına yetişmiş insanlardır və indiki feodalizm qanunları ilə yaşamağı özlərinə rəva bilən (təhqir hesab etməyən) insanlar heç vaxt o məqamı dərk edə bilməzlər. Bunun üçün hələ əsrlər keçməlidir ki, normal şüurun, özünə normal cəmiyyət, normal dövlət qurmaq qabiliyyətin olsun ki, bəlkə övliyaların məqamını ondan sonra az da olsa dərk  edə biləsən. 
Burada yadıma Zünnun Misri ilə bir gəncin əhvalatı düşdü. Əhvalat belə olmuşdur:
Bir gənc Zünnun Misrinin yanında övliyaları inkar etdi. Zünnun barmağındakı üzüyü çıxarıb gəncə verdi ki, apar bunnu çərçi (köhnə kitablar satan) bazarında 10 qızıla sat gəl. Gənc birazdan qayıtdı ki, çərçilər bu üzüyə bir gümüşdən artıq vermədilər. 
Zünnun dedi indi bu üzüyü apar ləl-cəvahirat bazarına, gör orada nə verəcəklər?
Gənc birazdan qayıtdı və heyrət içində dedi ki, ləl-cəvahirat satanlar bu üzüyə min qızıl təklif etdilər.
Zünnun dedi mənim bu üzüyü satmaq fikrim yoxdur, sadəcə bu üzüyə kimin hansı qiyməti verəcəyini sənə göstərmək istəyirdim. Sənin övliyalara qiymət verməyin, çərçilərin bu üzüyün dəyərini bilmələri kimidir.
Bir zamanlar cahil insanların pulsuz götürmədiyi kitablarımı ensiklopediya halında cəmlədim. 700 səhifəlik A5+ formatda ÖVLİYALAR ENSİKLOPEDİYASI Azərbaycanda bir ilk olaraq mənim müəllifliyimlə çap olundu. Qüdrət ALLAHA məxsusdur! Övliyaların (Allah dostlarının) yolunda çəkilən əziyyətləri Rəbbim yüksək qiymətləndirdi (insanlardan fərqli olaraq). Əziyyətim boşa getmədi. İndi mən də övliyaların etdiklərini edirəm. Yəni, ALLAHIN şəfasını Onun bəndələrinə çatdırıram. Məni bu mərtəbəyə çatdıran Rəbbimə həmd olsun!
Bir vaxtlar mən araşdırmaçı olaraq övliyaların sağaltıdığı (şəfa verdiyi) xəstələri tapıb, onlardan müsahiblər alıb, kitablar yazırdım. İndi mənim sağaltdığım xəstələri tapıb, müsahibələr alıb, kitablar yazırlar... İnsanın etdiyi şeylər həmişə qarşısına çıxır. Ona görə də çalışıb yaxşı (Allaha xoş gedən) işlər görmək lazımdır ki, qarşımıza da xeyir çıxsın!
Başıma gələn bu əhvalatları yazmaqda məqsədim odur ki, insanların bəyənib əllərinə almadığı (Allah dostlarından bəhs etdiyinə görə), təkkəbbürlükləri ucbatından evlərinə aparmadıqları bu kitabları yazdığıma görə ALLAH məni necə mükafatlandırdığını biləsiniz və bəlkə cahillər utana. Koranavirus da daxil olmaqla, dünyada bütün xəstəliklərin dərmanını Rəbbim mənim bu övliyalardan kitab yazan əllərimə verdi. Görün siz nəyi atıb getmisiz, ey cahillər! Sizin bəyənmədiyiniz şeyə görə ALLAH adama nə boyda mükafat verir. Kaş bunu dərk edəydiniz! 
"Dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim, öyüd-nəsihət verdim, nəsihət etdim... Siz isə, bu nəsihətə məhəl qoymadan səhv yolunuza davam etdiniz, məni lağa qoydunuz. İndi mən sizdən ötrü necə yas tutum?" Quran, 7:93"

YƏHYA
 
 
 
Tarix: 03 noyabr 2022
Baxış: 567

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş