Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Heyva çayının faydaları və dəmlənmə üsulu – FOTOLAR

Qış meyvələrindən biri olan heyvanın, toxumu və yarpaqları çox faydalıdır. Azərbaycanın müxtəlif ərazilərində soyuq aylarda heyva yarpağından çay hazırlayıb içilir ki, immunitet sistemi güclü olsun və orqanizm sərbəst radikallar ilə mübarizə apara bilsin. Bu səbəbdən xüsusilə qış mövsümündə heyva çayından istifadə etməyin bir çox faydaları var. Bu sözləri qidaelmi.az saytına qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. 

Heyva çayının faydaları nədir? 
Yuxusuzluq bir çox insanın ən çox rastlaşdığı problemlərdən biridir.Heyva yarpağı çayı içməklə yuxusuzluq problemi də həll edilir.
Bu çay həzmsizliyin qarşısını alır, xüsusilə ishal zamanı heyva yarpağı çayının istehlakı ishalın qarşısını alır və insanın normal ifrazat tərzinə qayıtmasına şərait yaradır.
Öskürəyi sağaldır. Öskürək xüsusilə qışda soyuqdəymə ilə birlikdə ən çox rast gəlinən xəstəliklərdəndir. Heyva yarpağı çayını dəmləyib ilıq içmək öskürək üçün çox yaxşı içkidir. Bu səbəblə xüsusilə qış aylarında öskürək problemi olanlar heyva yarpağı çayı qəbul etməlidir.


Bronxiti aradan qaldırır. Bronxit xüsusilə bronxlarda iltihab nəticəsində yaranan bir xəstəlikdir. Heyva yarpağı çayı bu iltihabı aradan qaldıraraq bronxitin təsirini azaltmağa kömək edir.
Böyrəklərin sağlam işləməsini təmin edir. Böyrəklərin sağlam işləməsi ,sidik yolları sistemindəki problemin aradan qaldırılmasında xüsusilə təsirlidir.
Qaraciyərin düzgün işləməsinə kömək edir. Qaraciyəri təmizləyir.
Mədə xorasına, xüsusən də xroniki yaralara çox faydalıdır.
Səs tellərini yumşaldır.
Qan şəkərini balanslaşdırır.

Heyva yarpağı çayı necə hazırlanır?
Əvvəlcə suyu qaynadın. Qaynar suya 5-6 quru heyva yarpağı əlavə edin. 5 dəqiqə aşağı istilikdə qaynadın. Sonra suyu süzün və otaq temperaturunda soyudun sonra için. Hazırladığınız heyva yarpağı çayını bal ilə dadlandıraraq da içə edə bilərsiniz.


Heyva yarpağı çayı gündə neçə dəfə içilə bilər?
Heyva yarpağı çayı gündə ən az 1, ən çox 2 stəkan içilməlidir. Həddindən artıq içilərsə, həzm problemlərinə səbəb ola bilər. Buna görə də normasında içilməsi məsləhətdir.

Mənbə: Qidaelmi.Az

Tarix: 24 oktyabr 2022
Baxış: 797

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş