Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Türkiyədə müalicə olunan qazilərimiz narazılıq edir
                                                            
Kənan Nəsirov: “Müalicəmiz başa çatmadan bizim vətənə yola salırlar”
Əzim Qafarov: ““Yalan danışırlar, bizə baxan yoxdur...”
Samir Əliyev: “Burada qalıb müalicə olunmağa ehtiyacımiz var”
 
Mayın 8-də “Hürriyyət”in redaksiyasına daxil olan videomüraciətdə Türkiyənin Bayındır İçerenköy Hospitalında müalicə olunan bir qrup qazi özlərinə qarşı biganə münasibətdən şikayətlənib.
Sözügedən videomüraciətdə Tovuz döyüşlərində onurğa-beyin travması alaraq qazilik mərtəbəsinə ucalan və 1 ildir Türkiyədə ambulator qaydada müalicə alan 1-ci qrup əlil Kənan Nəsirov qazilərin qarşılaşdığı problemlərdən danışarkən qeyd edib ki, nə özünün, nə də yoldaşlarının sağlamlığı Azərbaycana qayıdıb müalicələrini burada davam etdirməyə imkan vermir. O, həmçinin bildirib ki, iki nəfərdən başqa, onunla birgə hospitalda müalicə olunan yoldaşlarının hamısının ayaqları iflicdir, əlil arabasındadırlar. Buna baxmayaraq, onları növbə ilə vətənə yola salırlar.
                                  
“Qazilərin taleyinə biganə qalmayın...”
Kənan Nəsirovun sözlərinə görə, mövcud durumla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Hər dəfə onlara “narahat olmayın, hospitalda qalıb, müalicənizi davam etdirəcəksiniz”, - vədi verilsə də, vəziyyət dəyişməyib. Kənan Nəsirov ölkə prezidentinə, həmvətənlərinə müraciət edərək, qazilərin taleyinə biganə qalmamağı xahiş edib.
                             
“Məni Azərbaycana yollasalar, özümə nəsə edəcəyəm...”
İkinci Qarabağ savaşının iştirakçısı, 1-ci qrup əlil Əzim Qafarov da vətənə yola salınacaq qazilər arasındadır. Ayaqları iflic olan Əzim Qafarov da dövlət başçısından sözügedən məsələ ilə yaxından maraqlanmağı xahiş edib. Qazi qeyd edib ki, “YAŞAT” Fonduna zəng vuran qazilərə onların Azərbaycana yola salınıb orada müalicə olunmasının həkim rəyinə əsaslandığı bildirilir. Amma qazi bu məlumatın yalan olduğunu iddia edir və deyir ki, onlar heç bir həkim tərəfindən müayinə olunmayıblar. Onun sözlərinə görə, qazilərə lazımi diqqət göstərilmir: “Yalan danışırlar. Yalan işlərlə məşğuldurlar. Bizə baxan yoxdur. Sabaha mənə bilet alıblar, deyirlər, Azərbaycana qayıtmalısan. Mən heç yerə gedən deyiləm. Məni Azərbaycana yollasalar, özümə nəsə edəcəyəm”,- söyləyən Əvəz Qasımov bir daha prezidentdən sözügedən problemin həllində onlara yardımçı olmağı xahiş edib.
                        
Siz hər çıxışınızda deyirsiniz ki, qazilər mənim qardaşlarımdır...”
44 günlük Vətən Müharibəsinin daha bir qazisi, əlil arabasına məhkum olunan Samir Əliyev də ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, onlardan kömək istəyib: Cənab İlham Əliyev, Mehriban xanım, bizim müraciətimiz sizədir. Siz hər çıxışınızda deyirsiniz ki, qazilər mənim qardaşlarımdır. Xahiş edirik, bizə bir əlac edin. Əzim qardaşımız həyəcandan danışa bilmir. Onun burada qalıb müalicə olunmağa ehtiyacı var”,- deyə qazi bildirib.

P.S. Vətənin bütövlüyü uğrunda sağlamlığını itirən igidləri belə acınacaqlı vəziyyətdə görmək çox ağırdır. Adamın ürəyi qan ağlayır. Axı onlar olmasaydı, bu gün qürurla Qarabağ Azərbaycandır!”, - deyə bilməzdik. Məhz şəhidlərimizin, qazilərimizin sayəsində bu gün qalib dövlət, qalib xalq kimi dünyada tanınırıq. Bizi 30 illik həsrətdən qurtaran, gözəl Qarabağımıza qovuşduran şəhidlərimizin, qazilərimizin borcu ödənməzdir.  Biz də öz növbəmizdə ölkə başçısına, aidiyyəti qurumlara, eləcə də soydaşlarımıza müraciət edərək, onları  çətin durumda olan qazilərimizə dəstək olmağa çağırırıq. Biz “Hurriyyət” ailəsi olaraq onların taleyinə biganə qalmayacaq və qazilirəmizə kömək etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
                                               [media=

RUNA
Tarix: 10 may 2022
Baxış: 279

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş