Xəbər lenti
Reklam
Nazirlər Kabinetindən QƏRAR: TƏSDİQLƏNDİ

Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında” qərar verib.
Gender.Az
xəbər verir ki, qərara əsasən, İnstitutun strukturuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun aparatı (şöbələr və sektorlar), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Təlimlərin Təşkili və İnnovasiyalar Mərkəzi” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Laboratoriya və Təcrübə Mərkəzi” daxildir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin say həddi 435 ştat vahidi olmaqla təsdiq edilib.
Eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)
/modern

Sıra
№-si
Vəzifələrin adı
Aylıq vəzifə maaşı (manatla)
1.
Direktor
6000
2.
Direktor müavini, direktor müavini-baş mühəndis
5000
3.
Mərkəz müdiri
4200
4.
Şöbə müdiri
4000
5.
Mərkəz müdirinin müavini
3400
6.
Şöbə müdirinin müavini
3300
7.
Sahə rəisi
2900
8.
Sektor müdiri, sektor müdiri-baş mühasib
2700
9.
Direktorun köməkçisi
2600
10.
Elmi katib
2300
11.
Baş məsləhətçi, baş elmi işçi
2100
12.
Baş aqronom, baş mexanik
2000
13.
Aparıcı məsləhətçi, aparici iqtisadçı, aparici elmi işçi
1800
14.
Böyük mühəndis, böyük məsləhətçi, böyük elmi işçi
1600
15.
Mühəndis, məsləhətçi, elmi işçi, texnoloq-analtik
1400
16.
Kiçik elmi işçi, böyük laborant
1200
17.
Anbar təsərrüfatının rəhbəri
910
18.
Anbardar
890
19.
Laborant, kompüter operatoru, dispetçer
700
20.
Elektrik, sürücü
600
21.
Texniki işçi (qazanxana operatoru, fəhlə, xadimə, bağban, gözətçi)
500


Qeyd. İnstitutun işçilərinin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına verilir.
Tarix: 18 noyabr 2026
Baxış: 55

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş