"Azparkinq"lə bağlı problemlər bitmək bilmir... - Vətəndaşların narazılıqları nə vaxt həllini tapacaq?
Son günlər vətəndaşlar arasında parkinq qiymətlərində artım olması ilə bağlı iddialar irəli sürülür. Eyni zamanda “Azparkinq” üçün nəzərdə tutulmuş SMS-in ödənişli olması vətəndaşlar arasında narazılıqlara səbəb olur.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.Az-a açıqlamasında bu haqda danışıb.
“Parkinq qiymətlərində hər hansısa bir artım baş verməyib. Nazirlər Kabineti tərəfindən əvvəldən müəyyənləşdirilən qərara əsasən hazırda həmin parkinq xidmətləri həmin qərarda verilən qiymət əsasında fəaliyyət göstərir. Şəhərin mərkəzində 1 manat, biraz kənar ərazilərdə 40-70 qəpik, pulsuz ərazilər də öz yerində”.
Ekspert bildirib ki, Azparkinq üçün nəzərdə tutulmuş SMS-in ödənişli olmasına gəldikdə isə bu təmamilə mobil operatorların öz qərarı ilə tətbiq olunmuş qərardır.
“SMS üçün ödəniş sadəcə Bakcell və Nar operatorları tərəfindən tələb olunur. Azercell operatorunda isə belə bir xidmət haqqı yoxdur. Bu yaxınlarda apardığımız araşdırmaya görə Azərbaycanda sürücülrəin 80 faizi “Azparkinq”in mobil tətbiqindən istifadə edir. Mobil tətbiqdən istifadə zamanı heç bir əlavə ödəniş nəzərdə tutulmur. Eyni zamanda SMS-dən istifadə zamanı bir çox problemlərlə üzləşmək mümkündür. Bəzən SMS getmir və ya məlumatlar yanlış olduqda məcburən yenidən SMS göndərilir. Buna görə də vətəndaşlara məhz internet vasitəsilə mobil tətbiqdən istifadə etməyə çağırış edirik”.
Fidan Vəlisoy
Tarix: 16 iyul 2024
Baxış: 91
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş