Paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evləri sökülür.
Gender.Az bildirir ki, News24.az-ın məlumatına görə, söküntü işləri Bakı şəhərinin Yasamal rayonunda Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel Əhməd Cəmil küçəsində həyata keçirilir.
Redaksiyamızın əldə etdiyi məlumata görə, sözügedən ərazidəki söküntü işlərini “De luxe Palace” tikinti şirkəti həyata keçirir. Lakin vətəndaşların əksəriyyəti söküntü işlərini həyata keçirən şirkətlə razılaşa bilmirlər.