Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Azərbaycanla Ermənistan arasında daimi sülhə yönələn bütün səylərə dəstək üçün hazırıq - Türkiyə MTŞ

Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstək verməyə hazırdır.
Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının nəticələrinə dair bəyanatda deyilir.
Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur.
Qeyd edək ki, mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Beştəpə iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının bu ildəki üçüncü iclası keçirilib. \\Manset.Az

Tarix: 28 may 2024
Baxış: 82

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş