Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində dəfn olunmuşdu.
Gender.Az Azərtac-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl kimliyi məlum olan Sirac Nərimanovun nəşinin qalıqları öz ata-baba yurdu Füzulidə torpağa tapşırılıb.
Qeyd edək ki, Nərimanov Sirac Fehruz oğlu 24 oktyabr 1973-cü ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 1992-ci ilin iyun ayının 6-da hərbi xidmətə çağırılıb.
1994-cü il yanvarın 11-də Aşağı Əbdürrəhmanlı kəndində gedən ağır döyüşlərdə şəhid olan Sirac Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Sirac Nərimanovun da nəşinin yeri bəlli olub
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: