Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə "Gender.Az"a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.
Tarix: 31 avqust 2023
Baxış: 190
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş