"Aztelekom"dan FETÖ əməliyyatı ilə bağlı AÇIQLAMA - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan "Aztelekom" telekommunikasiya şirkəti FETÖ əməliyyatı keçirildiyi ilə bağlı məlumat yayılıb. Gununsesi.info iddia edilir ki, Aztelekom-da iki şəxsi həbs edilib. Onların FETÖ-çu olduğu ehtimal edilir. Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.
Məsələyə aydınlıq gətirmək üçün, "Aztelekom"la əlaqə saxladıq. “Aztelekom” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva News24.az-a açıqlamasında bildirdi ki, bu barədə heç kimə açıqlama verilməyib:
"Bu barədə heç bir media qurumuna açıqlama verməmişik. Rəsmi sorğu göndərin".