Ötən gün məclislərin birində müğənni Kərim Abasovun başına iş gəlib. Bu barədə lent.az saytı məlumat yayıb. İddia olunub ki, Kərim fonoqram oxuduğu üçün məclisdəki şəxslər tərəfindən fiziki şiddətə məruz qalıb.
K. Abasovun şadlıq evlərinin birində döyülmə faktını DİN təsdiqləyib.
Xəbərdə onun xəsarət aldığı yazılsa da, K. Abasovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Belə ki, o, əvvəlcə telefonuna cavab verməyib, daha sonra isə zəng çatmayıb.
OLAY müğənninin sağlamlıq vəziyyəti ilə bağlı məlumat almaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əlaqə saxlayıb.
TƏBİB-dən saytımıza bildirilib ki, sözügedən hadisə doğru olsa da, K. Abasovla bağlı bir məlumatları yoxdur:
“Bu hadisə “Platin” şadlıq sarayında baş verib. Lakin sizin qeyd etdiyiniz şəxs bizə müraciət etməyib. Buna görə də, bir məlumat verə bilmirik. Sadəcə onu qeyd edə bilərik ki, o, özəl tibb müəssisələrindən birinə müraciət edib. O da bizim tabeliyimizdə deyil”.