Xəbər lenti
Reklam
"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"TikTok" sosial şəbəkəsində canlı yayım zamanı "AS Hüquq" şirkətinin direktoru Aysel Süleymanovanı söyən şəxs həbs edilib.
Aysel Süleymanova rəhbəri olduğu şirkət adından "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq hüquqi məsələhtlər verib. 
1986-cı ildə Hacıqabul rayonunda anadan olmuş M.B. canlı yayım zamanı Aysel Süleymanovaya SMS yazaraq, sual ünvanlayıb. Hüquqşünas ona gec cavab verdiyi üçün M.B. onu söyərək, təhqir edib. 
"AS Hüquq" şirkətinin direktorunun şikayəti əsasında M.B. avqust ayının 28-də saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib. 
Təqsirləndirilən şəxs məhkəmədə Aysel Süleymanovanın da ona qarşılıq verərək, söyüş söydüyünü bildirib və barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. 
Məhkəmənin qərarı ilə M.B. 10 gün müddətinə həbs olunub.

\\Qaynarinfo.Az

Tarix: 29 avqust 2024
Baxış: 56

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş