Redaktor seçimi
    Beynəlxalq konfrans iştirakçıları Şuşa türməsinə baş çəkdilər
Xəbər lenti
Reklam
Azərbaycanlı mühafizəçi Türkiyədə ölü tapıldı - Foto

Türkiyənin Kuşadası şəhərindəki hotellərdən birində Azərbaycan vətəndaşı Mahir Məmmədovun meyiti tapılıb.
Gender.Az Unikal.az-a istinadən xəbər verir ki, 3 gün əvvəl ailəsi ilə Kuşadasına gələn 50 yaşlı Mahirin meyitini həyat yoldaşı Kəmalə Məmmədova beşulduzlu hotellərdən birində aşkar edib.
Məlumata görə, səhər yeməyindən sonra Mahir otağına qalxıb, həyat yoldaşı və oğlu isə şəhəri gəzməyə gediblər. Onlar hotelə qayıdarkən Mahir Məmmədovun cansız bədəni ilə qarşılaşıblar. 
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Məmmədovun öldüyünü təsdiqləyiblər. Ölümün səbəbi İzmirdə tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Mahir Məmmədov Azərbaycanda mühafizə xidmətinin əməkdaşı olub. 

Azərbaycanlı sabiq mühafizəçi Türkiyədə ölü tapıldı - FOTO

Tarix: 28 avqust 2024
Baxış: 106

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş