Xəbər lenti
Reklam
Türkiyədə yanğınlar: 7 nəfər saxlanıldı

Türkiyə polisi respublikanın qərbində və şimal-qərbində meşə yanğınlarının törədilməsində şübhəli bilinən 7 nəfəri saxlayıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerliqaya məlumat verib.
Bildirilib ki, onlardan dördü cümə günü axşam saatlarında yanğının 4 milyonluq şəhərin, Karşıyaka ətrafı da daxil olmaqla, yaşayış məntəqələrinə çatdığı İzmir vilayətində nəzarətə alınıb.
Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, hazırda beş vilayətdə - İzmir, Aydın, Muğla, Manisa və Boluda meşə yanğınları söndürülür. Əməliyyatda 42 helikopter və 11 təyyarə, 366 quru qüvvəsi, Rusiyanın Be-200 amfibiya təyyarəsi iştirak edir.
Azərbaycan da Be-200 təyyarəsini göndərib. \\Axar.Az

Tarix: 17 avqust 2024
Baxış: 59

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş