Klub rəhbərinin ölümü ilə bağlı təfərrüatlar: Qohumunu xilas edərkən... (VİDEO)
"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Ağdaş rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir İsrəfilov söyləyib ki, klubun rəhbəri Rəhman Əliyev bölgənin tanınmış idman müəllimlərindən biri olub:
"O, 80-dən çox uşağa təmənnasız olaraq məşqçilik edirdi".
Daha ətraflı Baku TV-nin materialında:
Qeyd edək ki, Fərid Ağazadə övladları ilə istirahət məqsədi ilə çay kənarına gedib. O, çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. Dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib.
Hadisə yerinə gələn Rəhmən Əliyev qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.
Fərid Ağazadə ailəli olub, 3 qız övladı var. Rəhman Əliyev isə subay olub.