Ermənipərəst senatoru 20 il həbs gözləyir
Korrupsiyada ittiham olunan, ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes federal korrupsiya məhkəməsi tərəfindən bütün maddələr üzrə təqsirli bilinib.
Yenisabah.az "ABC News"a istinadla xəbər verir ki, iş üzrə yekun qərar təxminən 13 saat müzakirə edilərək qəbul olunub.
Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunsa da, özünü təqsirli bilməyib.
Senatoru 20 ilə qədər həbs gözləyir, lakin qərardan apellyasiya şikayəti verə bilər.
Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.
Tarix: 16 iyul 2024
Baxış: 70
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş