Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Xiaomi” elektromobili ağır qəzaya düşdü

“Xiaomi” korporasiyasının ilk avtomobili qəzaya uğrayıb.
Bu barədə Gender.az lenta.ru-ya istinadən xəbər verir.
Satışına mart ayında başlanan “SU7” avtomobili Çində qəzaya uğrayıb. Bildirilir ki, avtomobil dayanacaqdan çıxarkən idarəetməni itirib, qəfil sürətlənib, bir neçə avtomobilə çırpılıb və dörd piyadanı vurub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yerli media daha sonra dördüncü qurbanın öldüyünü bildirib.
“Xiaomi SU7” avtopilot funksiyalarına malikdir, lakin hadisə zamanı avtomobili kimin idarə etdiyi məlum deyil. Qəzanın səbəbi də məlum deyil. \\Redaktor.az

Tarix: 08 iyun 2024
Baxış: 165

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş