Türkiyəli aktrisa Gülşah Çomoğlu vəfat edib.
Gender.az bildirir ki, bu barədə aktrisanın həyat yoldaşı Gökhan Günal “İnstagram” səhifəsində məlumat yayıb.
“Təəssüf ki, əziz həyat yoldaşım, həyatımın sevinci, gözəl qızımızın anası Gülşah Çomoğlunu itirdik. Cənazəsi sabah Altunizadə Mərmərə Universiteti İlahiyyat Fakültəsi Məscidindən götürüləcək. O, Kanlıca məscidində dəfn ediləcək”, - Günal bildirib.
Aktrisa Ceren Karakoç da rəfiqəsinin fotosunu paylaşaraq, “Gözəl dostum, məni məhv etdin..Getdiyin yer səni incitməsin” şərhini yazıb.
Qeyd edək ki, Gülşah Çomoğlu 11 mart 1986-cı ildə anadan olub. 2018-ci ildə Gökhan Günalla ailə həyatı qurub. O, "Unutma beni", "Yüksək Sosyete" kimi bir çox seriallardakı rolları ilə məşhurlaşıb. 38 yaşlı Gülşah Çomoğlu uzun müddətdir, xərçəng xəstəliyindən müalicə olunurdu.