7 yaşlı uşaq oynayan zaman kiçik qardaşını güllələdi
Dağıstanda 7 yaşlı uşaq oynayan zaman beş yaşlı qardaşını pnevmatik tüfənglə vurub.
Gender.Az TASS-a istinadla xəbər verir ki, Respublika Prokurorluğundan jurnalistlərə verilən məlumata görə, uşaq aldığı xəsarətlərdən vəfat edib.
"Respublika prokurorluğu Noqay rayonunda 5 yaşlı uşağın ölümü ilə bağlı araşdırma təşkil edib. İlkin məlumatlara görə, Noqay rayonunun Çervlennıye Burunı kəndində yeddi yaşlı yaşlı oğlan pnevmatik tüfənglə oynayarkən beş yaşlı qardaşına pnevmatik tüfənglə atəş açıb. Nəticədə uşaq ölüb".
Araşdırma zamanı silah dövriyyəsi, habelə yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunması qiymətləndirilir.
Tarix: 29 may 2024
Baxış: 82
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş