Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İki gəncin faciəvi ölümü ətrafında müəmma böyüdü: “Onlar bu oteldə olmayıblar”

“My Music” otelində zəhərlənən dörd dostdan ikisinin ölməsi, ikisinin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi müzakirələrə səbəb olub. İctimaiyyət gənclərin həm özlərinin, həm də atalarının yüksək vəzifədə işlədiyini qeyd edərək onlara sui-qəsd təşkil edildiyini iddia edib.
Lakin zərərçəkənlərin ailə üzvləri onların oteldə verilən göbələkdən zəhərləndiklərini bildiriblər. Bundan başqa, ailə Nicat Cabbarlı və Xəzər Cabbarlının spirtli içki içmədiyini bildirib.
Əgər hər şey ailənin dediyi kimidirsə, otel sahibi məsuliyyətə cəlb oluna bilərmi?
Gender.Az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən vəkil Elçin Sadıqov deyib ki, əgər gənclərin oteldə yediyi göbələkdən zəhərləndiyi sübuta yetirilərsə, otel sahibi məsuliyyətə cəlb olunacaq.
“Cinayət Məcəlləsinin 200.4 maddəsinə əsasən, bilə-bilə keyfiyyətsiz məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların keyfiyyətsiz olmasının gizlədilməsi, məhsulun ehtiyatsızlıqdan həmin şəxsin ölümünə və ya digər amillərə səbəb olduğu halda obyekt sahibinə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin olunur. Təbii ki, onların əməllərində başqa cinayətin tərkib hissəsi yoxdursa”.
Globalinfo.az məsələni dəqiqləşdirmək üçün “My Music” oteli ilə əlaqə saxlayıb.
Otelin əməkdaşı xəbəri təkzib edib:
“Dünəndən jurnalistlər otelə gəlir, çəkiliş etməyə çalışır. Amma yayılan xəbərlər həqiqəti əks etdirmir. Dörd nəfərin zəhərlənməsi halı bizim oteldə baş verməyib. O şəxslər, ümumiyyətlə, bizim oteldə olmayıblar”.

Tarix: 08 may 2024
Baxış: 100

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş