Türkiyənin Balıkəsir vilayətində bir ailəni məhv olduğu qətl hadisəsi baş verib.
Gender.az Medianews.az-a istinadla xəbər verir ki, bayram ziyarəti üçün atasının evinə gedən xüsusi təyinatlı polis əməkdaşı Mehmet Kanat ədavətdə olduğu əmisi oğlu Məsut Görgüllə barışıb və birlikdə içki içməyə başlayıb.
Həyat yoldaşının Məsut Görgüllə barışmasını istəyən Mehmet Kanat aldığı rədd cavabından sonra çıxan mübahisədə həyat yoldaşını öldürüb, əmisi oğlunu isə yaralayıb. Daha sonra intihara cəhd edib. Ayağına 5 güllə yarası alan Məsut Görgül qanlar içində yerə yıxılıb, Mehmet Kanat da həyat yoldaşı Kübra Kanatı güllələyib və çənəsinə dayadığı tapança ilə intihara cəhd edib.
Hadisə aprelin 14-də Manyas rayonunun Peynirkuyu kəndi ərazisində baş verib.
Ailə üzvlərinin xəbəri üzərinə hadisə yerinə jandarma və təcili yardım çağırılıb. Yaralılar təcili yardımla Balıkəsir Universiteti Sağlamlıq Tətbiq və Araşdırma Xəstəxanasına aparılıb. Başından iki güllə dəymiş Kübra Kanatı həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Mehmet Kanatın vəziyyətinin ağır olduğu öyrənilib.
Hadisə ilə bağlı istintaq davam edir. Mehmet Kanatla 3 ildir evli olduğu öyrənilən Kübra Kanat bu gün Manyas rayonunun Erecek Mahalında torpağa tapşırılıb.