Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Ermənistan millisinin qapıçısı yol polisini öldürdü

Rusiyanın Stavropol diyarında Ermənistan millisinin qapıçısı Dövlət Yol Müfəttişliyinin əməkdaşını və sürücünü qətlə yetirib.
Gender.Az lent.az-a istinadla bildirir ki, hadisə martın 23-də səhər saatlarında baş verib. Xarici avtomobili futbolçu Armen Fişyan idarə edib. O, yüksək sürətlə Mineralnıye Vodıya doğru irəliləyib. 284-cü kilometrdə idmançı sol zolaqdan yüngülcə sürüşərək yol polisi əməkdaşını və polis leytenantının qayda pozuntusuna görə saxladığı sürücünü öldürüb.
Cinayəti törətdikdən sonra qapıçı qaçıb. Futbolçu həbsi zamanı heç nə etmədiyini iddia etsə də, avtomobilinin kapotunda niyə qan olduğunu izah edə bilməyib. Onun barəsində “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi açılıb. Cəza 15 ilə qədər həbsi nəzərdə tutur.
Armen Fişyan peşəkar karyerasını 2016-cı ildə başa vurub. Bundan sonra mini-futbol klublarında oynayıb.

Tarix: 02 aprel 2024
Baxış: 105

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş