Xəbər lenti
Reklam
Azərbaycan elminə ağır itki üz verib - FOTO

Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.
Bu barədə "Gender.Az"a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib.
Mərhumla vida mərasimi sabah saat 10.00-da Təzəpir məscidində keçiriləcək.
Şirindil Alışanov 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb.
1993-1998-ci illərdə "Elm" qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən "Sabah" nəşriyyatının direktoru kimi çalışıb.
Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvüdür. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub.
Allah rəhmət eləsin!

443702

Tarix: 14 mart 2024
Baxış: 99

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş