Xəbər lenti
Reklam
Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb: Xəsarət alan var

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Gender.Az APA -ya istinadla xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən hissəsində VAZ-21015 markalı nəqliyyat vasitəsi VAZ-21014 markalı minik avtomobili ilə toqquşub.
Daha sonra VAZ-21014 markalı nəqliyyat vasitəsi çağırış yerinə gedən “UAZ” markalı təcili tibbi yardım avtomobilinə çırpılıb.
Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı VAZ-21014-ün sürücüsü, Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Azad Bəxtiyar oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Tarix: 08 fevral 2024
Baxış: 62

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş