Ermənistanda bir gündə ikinci hərbçi öldürülüb
Ermənistan Silahlı Qüvvələrinin Basarkeçər rayonundakı postlarından birində hərbçinin meyiti tapılıb Meyiti tapılan şəxsin həmin hərbi hissədə xidmət edən leytenant Mikael Danielyan olduğu müəyyən edilib. Yol əlverişsiz olduğu üçün saat 11.30 radələrində tapılan meyiti yalnız axşam saatlarında xəstəxanaya çatdırmaq mümkün olub.
Bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, bu gün səhər saatlarında eyni rayonda postda xidmət aparan əsgər ona təhkim olunmuş silahdan atəş açaraq zabiti öldürüb.\\Redaktor.Az
Tarix: 09 yanvar 2024
Baxış: 112
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş