Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qadın ərinin dostu ilə cinsi əlaqədə OLDU: Bunu bilən yoldaşı onu... - Azərbaycanda ŞOK OLAY

Abşeron rayonunda 1983-cü il təvəllüdlü Elxan qısqanclıq zəminində tanışı Elçini (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
Gender.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə 4 iyul 2021-ci ildə Abşeron rayonu, Məmmədli kəndindəki marketin qarşısında baş verib.
Elxan arvadı Səbinənin həmyerlisi Elçinlə 2016-cı ildən başlayaraq yaxın münasibət saxladığını bilib. Bu səbəbdən qısqanclıq zəminində Elçini öldürmək qərarına gəlib.
Elxan Elçini güdərək hadisə günü onu, arvadı Səbinəni və 3 azyaşlı uşağı birlikdə taksidən düşən zaman görüb. O, həmin vaxt özündə olan bıçaqla Elçinə çoxsaylı xəsarətlər yetirib.
Xəstəxanada vaxtınsda tibbi yardım göstərildiyi üçün Elçinin həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan eidlib.
"Evimə dost kimi gəlib"
Elxanın barəsində olan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və cinayət işi hakim Fəhmin Hümbətovun icraatında araşdırılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Elçini 2012-ci ildən tanıyıb, onunla birlikdə Lənkəran rayonu ərazisində yerləşən fərdi yaşayış evlərində usta işləyib: "Elçin yaşadığım evə dost kimi gəlib-gedib. Onun arvadımla münasibət qurduğunu sonradan bildim".

Təqsirləndirilən şəxs qeyd edib ki, Elçin onun arvadı Səbinəni şantaj edib və ondan pul da alıb: "Sonra arvadım və uşaqlarımla Bakı şəhərinə köçdük, kirayə ev tutaraq yaşadıq. Səbinə isə mənimlə yola getmədiyi üçün boşanmaq istədiyini dedi. 2021-ci ilin may ayından Səbinə uşaqlarım ilə Məhəmmədli kəndində, mən isə Zabrat qəsəbəsində kirayə ev tutaraq yaşadıq".
"Öldürmək niyyətim olmayıb"
Elxan bildirib ki, iyulun 4-də, saat 21 radələrində Elçini təsadüfən görüb: "Taksiyə minərək onun arxasınca düşdüm. Bu zaman taksidən Elçinin və uşaqlarımın düşdüyünü gördüm. Yaxınlaşıb onunla mübahisəm oldu. Üzərimdə olan bıçaqla Elçinə üç zərbə vurdum. Sonra bacağı yerə ataraq qaçdım. Özümü qismən təqsirli bilməyimin səbəb Elçini öldürmək niyyətimin olmamasıdır. Törətdiyim əməlimdən peşmanam".
Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini tədqiq edib. O, istintaqa ifadəsində göstərib ki, Lənkəran rayonunda birlikdə usta kimi işlədiyi və dostluq münasibətlərində olduğu Elçini 2016-cı ilin dekabr ayında onun yaşadığı evdən çıxanda görüb:
"Buna görə arvadım Səbinə ilə evdə mübahisələrimiz oldu. Bir neçə gün sonra arvadımın istifadəsində olan mobil telefona təsadüfən baxanda orada Elçinlə aralarında danışıq olduğunu gördüm. Arvadıma ona boşanmaq istədiyimi dedim".
"Arvadımla barışdım"
Elxanın ifadəsinə görə, 2019-cu ilin avqust və sentyabr ayında Lənkəran şəhərində olan zaman arvadı ona zəng edərək pilləkənindən yerə yıxıldığını və gözlərindən xəsarət aldığını bildirib:
"Yaşadığım evə gələndə həqiqətən arvadımın göz nahiyələrinin şişdiyini gördüm. Bu səbəbdən arvadımın pilləkəndə yıxıldığına inandım. Həmin ərəfələrdə arvadım Lənkəran şəhərinə tez-tez gedib-gəlməyə başlamışdı. Bir neçə gün sonra Elçin mənə Səbinə ilə arasında mübahisə baş verdiyini, Səbinəni döydüyünü, sonuncunun ondan şikayət etdiyini dedi.
Bir neçə ay sonra arvadımla barışdım, arvadım və uşaqlarım ilə yaşamağa başladım".
"Əmin olmaq istədim"
Elxanın sözlərinə görə, 2020-ci ilin yanvar ayında Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Gülçülük sovxozunda kirayə ev taparaq yaşamağa başlayıb:
"2021-ci il iyun ayının axırında arvadım mənə zəng edərək boşanmaq istədiyini və Elçinlə qeyri-rəsmi yaşadığını, Elçinin ona daha yaxşı baxdığını dedi. Buna görə əsəbləşdim və arvadımla Elçini güdmək qərarına gəldim. Onların birlikdə yaşayıb-yaşamadıqlarına əmin olmaq istədim".
"Üstümə hücum çəkdi"
Elxan qeyd edib ki, Zabrat dairəsinə çıxanda təsadüfən Elçinin piyada üzü Kürdəxanı qəsəbəsi istiqamətində getdiyini görüb: "Elçin dayanacağa keçdi, maşın gözlədi. Bu zaman bir taksi avtomobili həmin dayanacaqda dayandı. Həmin avtomobildə qabaq oturacaqda oğlum Əlini, arxa oturacaqda arvadım Səbinəni və digər 2 uşaqlarımı gördüm. Taksi dayanacaqda dayanmışdı.

Öğlum Əli düşərək arxa oturacağa keçdi. Elçin isə avtomobilin qabaq oturacağına əyləşdi. Bu zaman başqa bir taksi tutdum və həmin taksi avtomobilin dalınca sürdürdüm. Arvadım və Elçinin olduğu taksi Məmmədli kəndində "Mikromart" marketin qarşısında dayandı. Maşından arvadım Səbinə, Elçin və uşaqlarım aşağı düşdülər.
Mən isə taksiçiyə 5 manat haqq verdim, "Mikromart" marketin qarşısında dayanan Elçinə yaxınlaşdım. Bu zaman uşaqlarım və arvadım da onun yanında idilər. Saat təxminən 21 radələriydi.
Elçinə yaxınlaşdım, "bu nə cür hərəkətdir, mənim ailəmi əlimdən alırsan, mənim ailəmi dağıdırsan" dedim. Elçin isə cavabında "yaxşı edirəm, artıq Səbinə mənimdir" dedi, üstümə hücum çəkdi".
"Namus üstündə vurduğumu dedim"
Elxan bildirib ki, hadisə zamanı həm özünümüdafiə məqsədi ilə, həm də Elçinin bu sözlərindən hiddətlənərək ruhi həyəcan vəziyyətində cib bıçağını çıxarıb və onun sinəsinə endirib: "Elçinə üç dəfə xəsarət yetirdim. Axırıncı zərbəni vuran zaman bıçaq kürək nahiyəsində saplanaraq qaldığı üçün daha onu vurmadım. Arvadım və uşaqlar oradan qaçdı. Elçin isə kənara çəkilərək yerdə oturdu. Sonra həmin bıçaq yerə düşdü.
Elçini bıçaqla vurmağımı görən 3-4 nəfər məni yumruq-təpiklə döyməyə başladılar. Sifət nahiyəmdə olan xəsarətləri mənə həmin 3-4 nəfər şəxs yetirib. Onlara Elçini namus üstündə vurduğumu deyəndə əl saxladılar, üzrxahlıq etdilər. Sonra isə Mehdiabad polis bölməsinin 2 nəfər əməkdaşı məni bölməyə apardı".
"Münasibətimiz yarandı"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elçinin sözlərinə görə, Elxanı 2010-cu ildən tanıyıb: "Mən usta işləyirdim, Elxan da fəhlə kimi mənə kömək edirdilər. Aramızda yoldaşlıq münasibətləri yarandı və bir-birimizin evinə gedib-gəldik.
2016-cı ilin yay aylarında Elxan arvadı Səbinəni Lənkəranda qoydu, özü Bakı şəhərinə yaşamağa getdiyi üçün onların qeyri-rəsmi ayrıldıqlarını bildim. Səbinə ilə ər-arvad münasibətlərimiz yarandı. Bir neçə ay sonra Elxan gəldi, arvadı ilə barışdı, sonra isə yenidən Bakı şəhərinə işləməyə getdi".
"Arvadı ilə barışdı"
Zərərçəkmiş şəxs qeyd edib ki, 2019-cu ilin avqust ayında Hirkan qəsəbəsində təmir işləri gördüyü zaman Səbinə onun yanına gəlib: "Dedi, Elxan bizi atıb, evdə yeməyə heç nə yoxdur, sən bizə baxmalısan. Hətta kiçik övladının Elxandan deyil, məndən olduğunu da bildirdi.
Səbinə ilə aramızda mübahisə yarandı, hətta Səbinə məndən şikayət etdi. 2020-ci ilin yanvar ayında Elxan arvadı Səbinə ilə yenə barışdı, Bakı şəhərində yaşamağa başladı".
"Məni bıçaqla vurdu"
Elçinin ifadəsinə görə, 2021-ci ilin fevral ayında Səbinə ona zəng edib:
"Dedi ki, Elxanla mənə görə boşanıb, uşaqları ilə küçədə qalıb. Ona kömək etməyimi xahiş elədi. Səbinəni və uşaqlarını götürərək Məhəmmədi kəndində kirayə tutduğum evə yerləşdirdim. Orada yaşadıq.
İyulun 4-də Səbinə bacısının evinə getdi. Axşam saatlarında onu bacısıgildən götürdükdən sonra yolda Məmmədli kəndində yerləşən "Mikromart" marketindən bazarlıq etmək üçün taksidən düşdük. Bu zaman Elxanı gördük. O, mənə bıçaqla bir neçə dəfə vurdu. Axırda bıçaq kürəyimdə qaldı. Bıçağı kürəyiomdən kənar şəxs çıxardı".
"Daha yaxın münasibətdə olduq"
Cinayət işi üzrə şahid qismində dindirilən Səbinənin ifadəsinə görə, 2005-ci ilin iyul ayında Elxanla qeyri-rəsmi nikahda yaşamağa başlayıb:
"2007-ci ildə oğlum Əli, 2008-ci ildə oğlum Sahib dünyaya gəldi. Elxanla aramızda tez-tez mübahisələrimiz olurdu. 2010-cu ildə Lənkəran rayonu Hirkan qəsəbəsinə köçdüm, orada yaşayarkən Elçinlə tanış olduq. 2016-cı ilin fevral ayında Elxan Bakı şəhərinə işləməyə getdi və həmin vaxtdan Elçinlə daha yaxın münasibətdə olduq".
Səbinə qeyd edib ki, 2020-ci ilin fevral ayında Elxan və uşaqları ilə Bakı şəhərinə köçüb, kirayə ev taparaq yaşamağa başlayıb:
"2020-ci ilin noyabr ayında Elxan bacısı Sevdanın evində işləyərkən yıxıldı, ayağından travma aldı. Sonra yenə aramızda mübahisələrimiz olduğu üçün Elxan Zabrat qəsəbəsində kirayə ev taparaq orada yaşamağa başladı. Mən isə Elçinə zəng etdim, ondan kömək istədim. Elçin mənə kirayə ev tutdu".
Səbinənin sözlərinə görə, 2021-ci ilin iyul ayının 4-də bacısıgilin evində qayıdartkən Elçinlə Məmmədli kəndində yerləşən "Mikromart" marketin qarşısında evə bazarlıq etmək məqsədi ilə taksidən düşüblər. Bu zaman Elxanı orada görüblər, Elxan bıçaqla Elçinə zərbələr vurub.
Elxan 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Tarix: 04 yanvar 2024
Baxış: 126

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş