Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Şəhid evinə basqın edildi, pulu götürüb qaçdılar

Neftçalada şəhid anasına qarşı soyğunçuluq edilib.
Gender.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, noyabrın 27-nə keçən gecə şəhid Telman Kəlbiyevin anası Dilşad Kəlbiyevanın evinə naməlum şəxslər daxil olub. Maskalı şəxslər 72 yaşlı qadını hədələyərək onun 800 manat pulunu götürərək qaçıblar.
Zərərçəkmiş qadın həmin məbləği oğlunun ildönümü mərasimi üçün saxladığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, qeyd edilən soyğunçuluq faktı ilə bağlı Neftçala RPŞ-də cinayət işi açılıb. Əməli törədən şəxs və şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, şəhid Telman Kəlbiyevin nəşi həlak olandan xeyli sonra – 26 dekabr 2020-ci il tarixdə tapılmışdı.

Tarix: 27 noyabr 2023
Baxış: 133

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş