Gədəbəydə minik avtomobili ağaca çırpılıb, ölən və yaralanan var

Gədəbəydə minik avtomobili ağaca çırpılıb, ölən və yaralanan var.
Bu barədə "Gender.Az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gədəbəy rayonunun Qaradağ kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tarix: 07 oktyabr 2023
Baxış: 171
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş