Tbilisidəki “Lilo Mall” ticarət mərkəzində silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.
Başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.
Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.
Faktla bağlı cinayət işi açılıb. \\APA
***
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Lilo Mall” ticarət mərkəzində silahlı insident baş verib.
Hadisə nəticəsində iş adamı güllələnib. Onun xəstəxanaya çatdırıldığı, şübhəlinin isə ərazidən qaçdığı bildirilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları səfərbər ediliblər.
İnsidentin motivləri hələki məlum deyil. Faktla bağlı istintaq başladılıb. \\APA