Xəbər lenti
Reklam
Rusiyada DƏHŞƏT: azərbaycanlı bacılar göldə batdılar

Rusiyada 15 yaşlı azərbaycanlı qız göldə boğulub.
Gender.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Krasnoyarsk şəhərində qeydə alınıb.
Əslən Ağsu rayonundan olan 15 yaşlı Əsmər Asif qızı Mehrəliyeva iki bacısı ilə birgə yaşadıqları evin yaxınlığında yerləşən göldə çimərkən batıblar.
Hadisə zamanı qızların anası da orada olub. Ana iki qızının həyatını xilas edə bilsə də, 15 yaşlı Əsmər boğularaq ölüb.
Yeniyetmənin meyiti bu gün Ağsu rayonuna gətirilərək dəfn ediləcək.

Tarix: 25 iyul 2023
Baxış: 222

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş