Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İntihar etdiyi deyilən polisin ailəsi prokurorluğa çağırıldı

İyul ayını 19-da Mingəçevir şəhər Prokurorluğunun binasından özünü ataraq intihar etdiyi bildirilən Turalə Aslanovanın valideynləri dünən adıçəkilən quruma dəvət olunublar.
Gender.Az xəbər verir ki, bu barədə mərhumun atası Natiq Aslanov danışıb.
O bildirib ki, hazırda istintaq işi aparılır:
“Dünən prokurorluğa getmişdik. Dedilər ki, iş araşdırılır və istintaq dəqiq gedir. Hələ ki, biz də gözləyirik”.
Qeyd edək ki, 32 yaşlı Turalə Aslanovanın Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi iddia edilir. Ailəsi isə onun öldürüldüyündən şübhələnir.
Xatırladaq ki, Turalə Aslanovanın 413 min manat məbləğdə pulu mənimsədiyi deyilir. Lakin valideynləri deyir ki, bu vəsaitin mənimsənilməsində başqa adamların əli var, Turalə bu işdə qurbandır.\\Axar.az

Tarix: 22 iyul 2023
Baxış: 195

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş