Xəbər lenti
Reklam
Bakı-Sumqayıt yolunda zəncirvari qəza: Beş avtomobil əzildi - FOTO

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.
Gender.Az Oxu.Az-a istinadən verdiyi məlumata görə, zəncirvari qəza Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Qəza zamanı “Opel” markalı maşın eyni istiqamətdə hərəkətdə olan VAZ markalı maşına, ikincisi isə öz növbəsində “Mercedes”ə çırpılıb. Qəza zamanı üç nəfər yüngül bədən xəsarətləri alıb.
Qəzadan sonra yolda sıxlıq yaranıb. Bu zaman “Shachman” markalı yük maşını eyni istiqamətdə hərəkət edən “Audi” markalı maşına çırpılıb. 

Tarix: 15 iyul 2023
Baxış: 152

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş