Bakıda qadın şirkət direktoru həbs edildi - Restoran sahibi olan qardaşlar şikayət etdi...
Bakıda "Ren Dizayn” adlı dekor şirkətinin xanım təsisçisi həbs edilib.
1986-cı ildə Bakı şəhər sakini Rəna Kərimova (soyad-şərti) "41 Karaoke” və "Pirani PUB” restoranlarını işlədən qardaşların şikayəti əsasında həbs olunub.
Ramin və Ramil qardaşların özünü iş xanımı kimi təqdim edən "Ren Dizayn” adlı dekor şirkətin təsisçisi Rəna haqqında şikayətinə baxılıb. Rəna restoran sahibləri olan qardaşların 30 min manat pulunu mənimsəməkdə ittiham edilərək həbs olunub.
Belə ki, Rəna Raminin işlətdiyi, Xəqani 41 ünvanında yerləşən "41 Karaoke” klubunda dekor-dizayn işi ilə məşğul olduğunu, bu işdə yaxşı qazanc olduğunu, maddi durumunun yaxşı olmadığını, lakin şəriki olsa, işinin daha yaxşı gedəcəyini bildirib. Ramin iddia edib ki, Rəna iş qurmaq adı ilə 2020-ci ilin təxminən iyun ayından 2021-ci ilin oktyabr ayına kimi müxtəlif vaxtlarda ondan 30 min manat alaraq mənimsəyib.
Ramin həmçinin, təqsirləndirilən şəxsə qardaşı Ramilin işlətdiyi, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən "Pirani PUB”da onun iştirakı ilə də pul verdiyini deyib.
Ramin və Ramil qardaşları aldığı pulu və vəd etdiyi gəliri vermədiyi üçün Rənadan şikayətçi olublar.
Məhkəmənin qərarı ilə Rəna Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib. Xanım iş adamı 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. CM-nin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində 4 iyul 2023-cü il tarixdən çəkir.\\Qaynarinfo