Türkiyə səfiri dənizdə boğuldu
Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz vəfat edib.
Gender.Az xəbər verir ki, Muğlanın Fethiye mahalının Faralya körfəzində dənizə girən Murat Karagöz çimərkən infarkt keçirib.
Dəniz səthində hərəkətsiz qalan səfiri görən dostları Təcili Tibbi Yardım qruplarına məlumat verərək səfiri sahilə çıxarıblar. Ttibb qrupları tərəfindən ürək masajı edilən səfir Karagöz təcili yardımla Fəthiyədə xüsusi xəstəxanaya aparılıb.
Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.\\Redaktor.Az
Tarix: 30 iyun 2023
Baxış: 188
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş