Xəbər lenti
Reklam
Ağstafada DƏŞHƏTLİ HADİSƏ - Sərnişin 2 avtomobil arasında qaldı

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Gender.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov "VAZ" markalı iki avtomobilin arasında qalaraq dünyasını dəyişib.
Belə ki, o, içərisində olduğu avtomobildən düşmək istəyən zaman digər avtomobil onun düşdüyü avtomobilə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.

Tarix: 15 iyun 2023
Baxış: 147

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş