Xəbər lenti
Reklam
İtkin düşən aktyorun cəsədi görün hardan tapıldı

İtkin düşən braziliyalı aktyor Cefferson Maçadonun cansız cəsədi yerin altında  basdırılmış sandıqda tapılıb. 
Braziliyanın Rio-de-Janeyro şəhərində yaşayan Maçadonun  anası ondan xəbər almadıqda polisə məlumat verib.Maçado ilə sonuncu dəfə əlaqə saxlayan  73 yaşlı anası  olub. Anası oğlu ilə sonuncu dəfə yanvarın 29-da danışdığını və oğlunun dostunun evində qaldığını bildirib.
Yerli mediaya danışan anasının dediyinə görə, yaşlı qadın Maçadonun “Telefonumu yerə atdığım üçün sizə görüntülü zəng edə bilmərəm” səhv yazılmış mesajından sonra oğlunun vəziyyətindən şübhələnib. Maçadonun “bulud” parolu dəyişdirildikdən və telefonunda yer göstərmə proqramı ləğv edildikdən sonra anası çox narahat olub.
Polis fevralın 9-dan bəri axtardıqları Maçadonu mayın 22-də Riodakı binalardan birinin kənarında təxminən 2 metr yerə basdırılmış taxta sandıqda tapıb.
Qadın oğlunun  tanıdığını güman edən birinə mülklərini  kirayə verdiyini bildirib.
Qadın bildirib ki, keçən ay ikisini bir yerdə görüb.
Polis mülkü icarəyə götürən şəxsi tapmaq üçün axtarışlara başlayıb. \\Medianews.az
Tarix: 26 may 2023
Baxış: 191

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş