Ailəsini qətlə yetirən gəncin qan donduran müdafiəsi: “Onlar adamyeyən idilər”
ABŞ-da bütün ailəsini güllələyib öldürən şəxs, “Onları öldürməliyəm, çünki onlar adamyeyən idilər. Məni yeyərdilər” deyərək özünü müdafiə edib.Gender.az xəbər verir ki, DailyStar-da yer alan xəbərə görə ABŞ-ın Texas ştatında yaşayan 18 yaşlı gənc ailə üzvlərini güllələyib.
18 yaşlı cinayətkar polisə zəng edərək törətdiyi cinayəti etiraf edib. Hadisə yerinə gələn polis 18 yaşlı şübhəlinin barrikada quraraq bir müddət müqavimət göstərdiyini, lakin sonradan həbs edildiyini bildirib.
Polisin evdə apardığı araşdırma nəticəsində ailəsini qətlə yetirən 18 yaşlı şübhəlinin ailənin hər bir üzvünə bir neçə dəfə atəş açdığı məlum olub.
Qatil ailəsini adamyeyən olduqlarını əsas gətirərək öldürsə də, ailəni 12 ildir tanıyan bir ailə dostu bununla razılaşmır.
Ailə dostunun sözlərinə görə Onlar mükəmməl ailə idilər: “Ailədə hər kəs son dərəcə gözəl insanlar idi, mənə çox kömək ediblər”. \\Medianews.az
Tarix: 26 may 2023
Baxış: 213
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş