Tiflisdə bomba həyəcanı: polis hərəkətə keçdi
Martın 31-də axşam saatlarında Tiflisdə ikinci dəfə həyəcanlı anlar yaşanıb.
Gender.Az xəbər verir ki, paytaxtın mərkəzində yerləşən “Fabrika Tbilisi-Art Qalereya”da bomba həyəcanı yaşanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin “112” qaynar xəttinə zəng vuran naməlum şəxs art-qalereyada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib.
Mərkəzdə çalışan işçi personal, eləcə də qonaqlar və ziyarətçilər dərhal təxliyə olunublar.
Hazırda polis və istehkamçılar (minaaxtaranlar) hadisə yerindədirlər.
Binanın yerləşdiyi ərazi əhatəyə alınıb və ora heç kim buraxılmır.
Qeyd edək ki, bu hadisədən öncə “Ambasador” otelində yanğın olub.\\Axar.Az
Tarix: 31 mart 2023
Baxış: 204
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş