Şamaxı sakini ov tüfəngindən atəş açaraq özünü öldürdü
Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1979-cu il təvəllüdlü Eyyubov Hünər Ramiz oğlu ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Hadisə axşam saatlarında rayonun Cabani kəndində qeydə alınıb, hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Hünər Eyyubovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. \\Report
Tarix: 21 yanvar 2023
Baxış: 219
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş