Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Ov tüfəngi ilə arvadını güllələyib öldürdü, ayağı sürüşdüyündən... - Bakıdakı qətlin TƏFƏRRÜATI - FOTO

Bakıda arvadını odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Zahid Novruzovun cinayət işi üzrə təfərrüat məlum olub.
Gender.Az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhlimanov 10 ünvanında baş verib.
Həmin ünvanda Təranə Novruzova əri Zahid Novruzov tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Zahid həyat yoldaşına bir güllə vurduqdan sonra özünü öldürmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, sifət nahiyəsindən yaralanıb. Z.Novruzov yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, Zahid Novruzov rəsmi nikahda olduğu həyat yoldaşı Təranə Novruzovanın ona xəyanət etməsini bəhanə edib, sonuncunu əsaslı səbəb olmadan öldürmək qərarına gəlib.
İyunun 1-i saat 17:00 radələrində Zahid Novruzov yaşadıqları evdə yataq otağında saxladığı qoşalülə tüfəngi və 4 ədəd patronu götürüb qonaq otağına keçib. Silahı atəşə hazır vəziyyətə gətirib və yaxın məsafədən qadının baş nahiyəsinə bir dəfə atəş açıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Zahid Novruzov bildirib ki, 1985-ci ildə Laçın rayonunda Təranə Novruzova ilə ailə qurub və 90-cı illərdə ailəsi ilə Bakıya gəlib.
Zahid həyat yoldaşı ilə münasibətlərinin əvvəl yaxşı olduğunu bildirib. Hadisədən 2 il əvvəl Hövsan qəsəbəsindəki çimərlikdə adını xatırlamadığı qadınla istirahət edən zaman oğlu onların videogörüntülərini çəkib anasına göstərib. Bundan sonra həyat yoldaşı ilə aralarında mübahisələr başlayıb. Bir müddət yoldaşı oğlu ilə birlikdə Nərimanov rayonunda kirayədə yaşayıblar.
Övladları onları barışdırdıqdan sonra yenidən birlikdə yaşamağa başlayıblar.
Hadisədən təxminən 1 ay əvvəl Naxçıvan şəhərinə qızının evinə qonaq gediblər. Orada olan zaman Zahid Təranəyə Bakıya qayıdan zaman onunla boşanacağını söyləyib.
Hadisə baş verən günü oğlu evdən çıxdıqdan sonra evdə arvadı ilə tək qalıb. Bu zaman Zahid yataq otağından tüfəngi və 4 ədəd patron götürüb qonaq otağına keçib.
Zahid bildirib ki, odlu silahı götürməkdə məqsədi arvadını qorxudub onu Bibiheybət məscidinə aparmaq olub. 
Yoldaşı qonaq otağında kondisionerin üstünü silən vaxtı Zahid ondan aşağı düşməsini və ona sözü olduğunu bildirib. Təranə masadan aşağı düşdükdə silahı göstərib ona “biz Naxçıvanda söz danışmışdıq, gəl gedək, and içib boşanaq, evə qan salma” deyib. Arvadı oğlunu çağıracağını deyib çölə çıxmaq istəyən zaman Novruz patronların ikisini tüfəngə yerləşdirib onu vuracağını bildirib.
Divanın yanında dayanan Təranə ona “səndə o kişilik yoxdur ki, məni vurasan” söylədiyinə görə təxminən 5 metr məsafədən bir dəfə arvadının baş nahiyəsinə atəş açıb. Güllə qadının ağız nahiyəsinə dəyib və o, yerə yıxılıb. Bundan sonra Zahid arvadını vurduğuna görə peşman olub və özünü öldürmək qərarına gəlib, bu məqsədlə özünə atəş açıb. Boğazına atəş açan zaman ayağı sürüşüb və güllə onun sol yanağından çıxıb.
Məhkəmə iclasında Zahid Novruzov ittiham üzrə özünü qismən təqsirli hesab edib. Bildirib ki, dindirmə protokolunda imza ona məxsus deyil. Müstəntiqin yazdıqlarının 20 faizi yalandı.
Onun sözlərinə görə, həmin gün ovdan gəlib evdə silahını təmizləyən zaman qəflətən güllə açılıb və arvadı yerə yıxılıb.
Zahidin sözlərinə görə, o, həyat yoldaşını öldürmək istəməyib.
Məhkəmə nəticəyə gəlib ki, Novruzovun əməli ibtidai istintaq orqanı tərəfindən cinayət məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) düzgün tövsif edilib və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır.
Sonda məhkəmənin hökmü ilə 61 yaşlı Zahid Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
 
 
 
 
 
 
 
Ölkə.Az

Tarix: 12 yanvar 2023
Baxış: 204

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş