Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Dayə salona getdi, iki az yaşlı evdə diri-diri yanaraq ÖLDÜ

Novosibirsk şəhərinin Pervomayski rayonunda 20 dekabr 2022-ci il tarixində günorta saatlarında Qruntovaya küçəsi 12 ünvanındakı evin birinci mərtəbəsindəki mənzildə baş verən yanğın nəticəsində iki uşaq həlak olub.
Hadisə yerinə gələn təcili tibbi yardım bir yaşlı qız və iki yaşlı oğlanı xilas etməyə çalışsalar da həkimlərin səyinə baxmayaraq, bu mümkün olmayıb.
Bu barədə "Vesti” portalı məlumat yayıb.
Qeyd edildiyi kimi, ana qayınanası ilə kirayədə yaşayırdılar, onlar bir müddət əvvəl başqa şəhərdən köçüblər. Qonşuların dediyinə görə, hadisə baş verən gün uşaqlara 19 yaşlı dayə baxıb, lakin bir müddətlik harasa getmək qərarına gəlib. "Onlar mənə dedilər ki, dayə harasa ya manikür, ya da kiprik üçün gedib”, - deyə ölən uşaqların qohumu bildirib.
Qız artıq polis tərəfindən dindirilib.Hadisə nəticəsində müstəntiqlər "Azyaşlıların öldürülməsi” maddəsi ilə cinayət işi açıblar. \\Azinform.az

Tarix: 21 dekabr 2022
Baxış: 578

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş