Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Deputatın qardaşı oğlu terror qurbanı oldu - FOTO

Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili Mahir Polat Qaziantepin Karkamış rayonunda Suriyanın təşkil etdiyi raket hücumunda həyatını itirən 3 nəfərdən birinin qardaşı oğlu Həsən Karataş olduğunu açıqlayıb.
Gender.Az Türkiyə mətbuatına istinadən bildirir ki, millət vəkili bu barədə etdiyi paylaşımda yazıb:
"Ürəyimiz yanır. Qaziantepin Karkamış rayonunda xain terror təşkilatının təşkil etdiyi raket hücumunda qardaşım oğlu Həsən Karataş həyatını itirdi. Lənət olsun terrora".
Xatırladaq ki, atılan 4 raketdən biri məktəbə, digərləri isə yaşayış evlərinə düşüb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Deputatın qardaşı oğlu terror qurbanı oldu  - FOTO

Baku Post

Tarix: 21 noyabr 2022
Baxış: 243

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş