Redaktor seçimi
    Yeni Klinikanın direktoru orqanlarını bağışladı
Xəbər lenti
Reklam
Rektor özünü GÜLLƏLƏDİ


Ukraynada Boris Qrinçenko adına Kiyev universitetinin rektoru Viktor Oqnevyukun meyiti tapılıb.
Gender.az  xəbər verir ki, Kiyev polisinin mətbuat katibi İrina Pryanişnikova məlumatı təsdiqləyib. O bildirib ki, qohumları rektoru evində güllələnmiş vəziyyətdə aşkarlayıblar. Onu xilas
etməyə çalışsalar da, uğursuz olub. Qrinçenkonun özünü odlu silahla öldürdüyü məlum olub.
Hazırda faktla əlaqədar araşdırma aparılır.
"Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib... Biz əsas versiyalardan birini nəzərdən keçirərik - bu, intihardır. Ən azı hadisənin bütün halları bundan danışır", - polisdən jurnalistlərə bildirilib.
Həmin şəxsin 63 yaşında olduğu və genişmiqyaslı müharibənin başlaması ilə ərazi müdafiəsi sıralarına qoşulduğu qeyd edilir.
Rektorun ov tüfəngi ilə özünü sinəsindən vurduğu bildirilir.


\\Azmedia

Tarix: 22 oktyabr 2022
Baxış: 453

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş