Xəbər lenti
Reklam
Emin Əmrullayev vətəndaşları qəbul EDƏCƏK

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Gender.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirlib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 19 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qeyd olunub ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Tarix: 02 oktyabr 2026
Baxış: 41

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş